Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarında ağır atletika yarışlarının vaxt cədvəli və iştirakçıların tam siyahısı müəyyənləşib.
Azərbaycan Ağır Atletika Federasiyasından Qol.az-a verilən məlumata görə, yarışlarda körpücük üzərində 21 ölkədən 130 atleti izləmək imkanımız olacaq. Onlardan 51-i qadın, 79-u isə kişidir. Azərbaycan yığma komandası yarışa tam heyət – 16 nəfərlə (8 qadın və 8 kişi) qatılıb.
Vaxt cədvəlinə əsasən 13-17 tarixlərində yarışlara hər gün saat 12:00-da start veriləcək. Mayın 14-də iki, digər günlərdə isə üç qrupda (çəkidə) qaliblər müəyyən ediləcək.
İslam Oyunlarında ağır atletika yarışlarına çəkisi 56 kq-a qədər olan kişilər start verəcək. 1-ci sessiya mayın 13-ü, saat 12:00-da başlayacaq. Bu çəkidə Azərbaycan yığma komandasının bir üzvü – Elmar Alıyev medal mübarizəsinə qoşulacaq.
Yarışlar Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçiriləcək.
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
La Liqaya haker hücumu
“Barselona” tarixinin ən uzun səfəri - Bakı
"Çalışırıq, amma alınmır" - Mamadu Kane
Azərbaycan klubu onunla yolları ayırdı