“Mənim sizə verdiyim müsahibəni hərə bir cür başa düşüb. Ola bilsin ki, həmin müsahibədə fikirlərimi düzgün ifadə etməmişəm. Sadəcə olaraq, demək istəyirdim ki, əgər “İnter” öz oyununu oynasa “Neftçi”ni keçmək bizim üçün problem olmayacaq. Bu sözlərimlə “Neftçi”ni aşağılamaq niyyətim olmayıb. “Neftçi”nin güclü komanda olmasına heç bir şübhəm də yoxdur. Amma vəziyyəti dəyərləndirib belə fikir bildirmişəm”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “İnter”in yarımmüdafiəçisi Samir Abbasov deyib.
Xatırladaq ki, Abbasov bir neçə gün öncə saytımızda verdiyi müsahibədə “Neftçi”nin “İnter” üçün problemli rəqib olmadığını və bu komandanı məğlub edəcəklərini demişdi.
Abbasov sabah Unibank Premyer Liqanın XXIII turunda yenidən qarşılaşacaqları “Neftçi” ilə oyun haqqında da danışıb: “Sabahkı oyuna gəldikdə isə biz həmişəki qaydada öz məşqlərimizi davam etdiririk. Çətin oyun olacaq. Şəxsən mən oyunu səbirsizliklə gözləyəcəm. Çünki son məğlubiyyətə görə rəqib komanda haradasa hirslidir. Onlar da rəhbərlik qarşısında özlərini yaxşı tərəfdən göstərmək istəyəcəklər. Yenə də təkrar edirəm, bizim üçün çox çətin olacaq. Çıxıb meydanda bütün gücümüzlə oynayıb, qələbə qazanmağa çalışacağıq”. Müxbirimizin “Neftçi”nin futbolçuları “İnter”ə 0:3 hesablı məğlubiyyəti təsadüf sayır. Bu haqda sən nə düşünürsən” sualına Samir belə cavab verib: “Mən bunu təsadüf saymıram. Əgər “Neftçi”nin oyunçuları bunu təsadüf sayırlarsa, bəlkə də haqlıdırlar. Çünki öz komandalarının potensialına bələddirlər. Mən də öz komandamın gücünə inanıram. Düzdür, ilk hissədə “Neftçi” çox yaxşı oynadı. Meydanın pis vəziyyətdə olması da bizim uşaqların zəif oynamasına gətirib çıxardı. İkinci hissə isə toparlandıq və daha yaxşı oyunu biz nümayiş etdirdik. Hər halda “İnter” autsayder deyil ki, “Neftçi”ni udanda buna təsadüfdür desinlər. “Neftçi”nin oyunçularından başqa heç kəs bunu təsadüf saymır. Hər halda hər şeyə sabah meydanda aydınlıq gələcək”.
"Liverpul" Salahı itirdi
Nəriman Axundzadə MLS-də debüt etdi
"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək
Əllə oyun olsa da, hakim penalti təyin etmədi - Şəkil
Bundesliqa matçında 6 qol vuruldu, qalib bəlli olmadı
"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi
"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord
"Barselona" onunla sağollaşa bilər
"Turan Tovuz" "Qəbələ"ni belə məğlub etdi - Video
Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək
"İddialı danışmaq üçün hələ çox tezdir" - Kurban Berdiyev
“Qarabağ”ın lehinə penalti verilməli idimi? - Video
“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi
Mahir Emreli keçmiş komandasına qarşı oynadı
Hidayət Heydərov bürünc medal qazandı
Qəzaya görə Premyer Liqa matçı gec başladı
"Mançester Yunayted" hakimlərə qarşı şikayət hazırlayır
Eme Canla müqavilə uzadıldı
"Turan-Tovuz" - "Qəbələ": Heyətlər
"Mareskanın gedişi bizə zərbə oldu"
"Sabah"ın futbolçuları yığmalarda
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
Stadionu 999 illiyə icarəyə götürdülər
Yankoviç və Koxalski milliyə çağırıldılar
“Rauf Cabarov sağ olsun, nəticə yaxşıdır“ - Video
“Neftçi” ilə müqaviləni yeniləmək istəmədi” - Cenk Sümer
"Milan"Leaunu itirdi
Hidayət Heydərov mübarizəyə başlayır
Hakimi Afrika Kubokundan imtina etdi!
Bu fotoya görə millidən kənarlaşdırıldı
Renat Dadaşovun komandası lideri məğlub etdi
"Napoli" erkən qolla qalib gəldi - Video
“Azarkeşlərimizdən üzr istəyirəm” - Kaşkilya
"Neftçi"dən 6 qollu qələbə - Video
“Qarabağ” uduzdu, “Neftçi”dən böyükhesablı qələbə