“Milan” Rodrigeslə razılığa gəldi

“Milan” Rodrigeslə razılığa gəldi
XƏBƏR 12 May 2017 / 02:00 5457
-  A +

“Milan” növbəti mövsüm üçün transfer çalışmalarına start verib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, İtaliya təmsilçisi “Volfsburq”un müdafiəçisi Rikardo Rodrigesi transfer edir.

İsveçrəli futbolçunun keçidi ilə bağlı 2 klub arasında aparılan danışıqlar müsbət yekunlaşıb. Sol cinah müdafiəçisinin transferi “Milan”a 18 milyon avroya başa gələcək.

Qeyd edək ki, “Milan” rəhbərliyi futbolçunun özü ilə şəxsi müqavilə detallarını razılaşdırıb.

Son xəbərlər
topaz banner