“Fənərbaxça” rus hücumçu ilə maraqlanır

“Fənərbaxça” rus hücumçu ilə maraqlanır
XƏBƏR 12 May 2017 / 00:00 3379
-  A +

“Krasnodar”ın hücumçusu Fyodor Smolov karyerasını Türkiyədə davam etdirə bilər.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, “Fənərbaxça” rus forvardın xidmətində maraqlıdır.

İstanbul təmsilçisi yayda heyətindəki hücumçulardan ikisini - Robin van Persi və Emanuel Emenikeni satmağı planlaşdırır. Onların əvəzinə komandaya 2 yeni forvard qoşulacaq ki, namizədlərdən biri də məhz Smolovdur.

Qeyd edək ki, Smolovun hazırkı klubu ilə hələ 2 illik müqaviləsi var.

 


Dünya Çempionatı 2026
Son xəbərlər
23.06.26  21:30

Ronaldodan yeni rekord

topaz banner