“Qarabağ”da növbəti müqavilə

“Qarabağ”da növbəti müqavilə
XƏBƏR 11 May 2017 / 19:45 3974
-  A +

"Qarabağ" daha bir futbolçusu ilə müqaviləni artırıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi Qara Qarayevin ardından Əfran İsmayılovla da yeni müqavilə imzalayıb.

Bir illik sözləşməyə qol çəkən milli komandamızın üzvü bununla bağlı klubun saytına fikirlərini bildirib: "Qarabağ" mənə doğma komandadır. Mənim üçün sevindirici haldır ki, daha iki il bu komandanın formasını geyinəcəm. Çalışacam ki, öz oyunumla komandama xeyir verim və uğurlarımın üstünə uğur gətirim. Əsas məqsədimiz növbəti mövsüm daha yaxşı çıxış edib azarkeşlərimizi sevindirməkdir".

Qeyd edək ki, “Qarabağ”ın yetirməsi olan 28 yaşlı yarımmüdafiəçi bu mövsüm komandanın heyətində 36 oyun keçirib və 1 qol vurub.

Son xəbərlər
topaz banner