Gəncə şəhər stadionunun əsas meydançası təmirə bağlanıb.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "Kəpəz"in ev oyunlarını keçirdiyi arenanın qazonu yaxın müddətdə AFFA-nın maliyyə dəstəyi ilə dəyişdiriləcək.
Vaxtilə ölkənin ikinci ən böyük stadionu olmuş idman qurğusunun ot örtüyü salındığı dövrdən - uzaq 1960-ci illərdən bəri olduğu kimi qalıb. Müəyyən illərdə meydançanın durumu ilə bağlı yalnız yüngül işlər görülüb, heç bir əsaslı təmir aparılmayıb. Odur ki, zaman keçdikcə meydança əvvəlki vəziyyətini qoruya bilməyib, son illərdə görülən bütün qabaqlayıcı tədbirlərə baxmayaraq qazonun durumu idealdan uzaq olub.
Gəncə şəhər stadionunda görüləcək işlər İrlandiyanın SİS şirkəti tərəfindən aparılacaq. Bir müddətdir ki, Azərbaycanda fəaliyyət göstərən şirkət Bakı Olimpiya Stadionu, "Bakcell Arena", "Dalğa Arena", paytaxtdan kənarda isə Qəbələ və Lənkəranda eyni işləri həyata keçirib. Bu sahədə kifayət qədər tanınan və təcrübəli şirkət olan SİS tərəfindən Gəncənin baş arenasında da qazon ən yüksək tələblər səviyyəsində yenilənəcək. Qarşıdakı 4 ay müddətində əraziyə ən müasir standartlara cavab verən yeni ot örtüyü salınacaq.
SİS şirkətinin nümayəndəsi Sinan Öztürk görüləcək işlər ilə bağlı kapazpfc.az saytına açıqlama verib: “İnşaat işləri bizim bir aylıq vaxtımızı alacaq. Bir aydan sonra əkin aparılacaq. Əraziyə Avropadan gətirilən və təlabata uyğun xüsusi toxumlar səpiləcək. Bütün meydançalarda bu toxumlardan istifadə edirik. Toxumlar da bir ay müddətində yetişəcək və işə bu sahənin mütəxəssisi olan insanlar baxacaq. İnşallah, burada “Kəpəz” futbol klubuna Avropanın standartlarına görə meydança salacağıq. Ondan sonra “Kəpəz”in uğurlarını gözləyəcəyik (gülümsəyir).
Yarıməsrlik tarixi özündə əks etdirən meydançadan xatirə saxlamaq üçün ot örtüyünün kiçik bir hissəsi kəsilərək götürülüb. Bu qazon gələcəkdə yaradılacaq klub muzeyində qorunacaq.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər