Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandasının sükanı arxasında vaxtından əvvəl çempionluq sevinci yaşayan Azərbaycan millisinin və "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun müsahibəsi
- Baş məşqçi kimi ilk titulunuzu qazandınız. Hansı hissləri keçirirsiniz?
- Fərqli hisslər keçirirəm. İlk dəfədir ki, baş məşqçi kimi çempionluq sevinci yaşayıram. Maraqlı oyun keçdi. "Qarabağ" da, "Qəbələ" də qələbəyə layiq idi. Sonda sevinən tərəf biz olduq.
- Çempionluq yəqin ki, asan alınmadı...
- Çox çətin alındı. İlk turda "Zirə"yə məğlub olduq, üçüncü turda "Neftçi" ilə görüşdə xal itirdik. Çempionatın əvvəllərində 7-8-ci yerlərdə idik. Sonradan yavaş-yavaş nəticələrimizi yüksəltməyə başladıq. Uşaqlar da çox işləyir, həvəslə çalışırdılar. Yekunda şükürlər olsun ki, çempion olduq. Bu, həm özüm, həm də futbolçular üçün gələcək karyera baxımından önəmli addım idi.
- Hansı çempionluq daha şirindir: futboçu, yoxsa məşqçi kimi?
- Hərəsinin öz yeri, öz çətinlikləri var. Amma təbii ki, bu çempionluğun yeri mənim üçün başqadır.
- Rəhbərlik etdiyiniz komanda çempion olmaqla UEFA Gənclər Liqasına vəsiqə qazandı...
- Hələ bu barədə indidən danışmaq tezdir. UEFA Gənclər Liqasına 4-5 ay var. Həm də bu yarışda fərqli heyət oynamalıdır. Daha dəqiqi, biz 1998-ci il təvəllüdlü futbolçularla çempionluq qazandığımız halda, Gənclər Liqasında 1999-cu il təvəllüdlülər mübarizə aparmalıdırlar. Bu, bizə əlavə problem yaradacaq. Hələ əlavə vaxtımız var. Oturub fikirləşəcək, götür-qoy edəcəyik.
- "Qarabağ"la futbolçu kimi Çempionlar Liqası və ya Avropa Liqasının qrupuna vəsiqə qazansanız, bu turnirlərə, yoxsa UEFA Gənclər Liqasına üstünlük verəcəksiniz?
- Bu, sonranın söhbətidir. Hələ bu barədə danışmaq üçün tezdir.
Mənbə: sportnet.az
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi