"Barselona" onu geri qəbul etmədi

"Barselona" onu geri qəbul etmədi
XƏBƏR 10 May 2017 / 15:32 6284
-  A +

"Yuventus"un futbolçusu Dani Alveş ötən qış sabiq komandası "Barselona"ya qayıtmaq istəyib.

Qol.az-ın məlumatına görə, bu barədə İtaliya mətbuatı xəbər yayıb.

Bildirilir ki, ötən ilin yayında "Barsa"dan Turin təmsilçisinə transfer olunan braziliyalı müdafiəçi İtaliyada yaşamağa çətinlik çəkib və qış transfer dönəmində Kataloniya klubuna qayıtmaq istəyib. Lakin "Barselona" onun bu istəyini rədd edib.

Qeyd edək ki, D.Alveş 2008-2016-cı illərdə "Barselona"da çıxış edib.

Maraq üçün bildirək ki, 34 yaşlı futbolçu Çempionlar Liqasının yarımfinal mərhələsində "Monako" ilə oyunlarda vurulan hər 4 qolda iştirak edib. Ötən gecə keçirilən cavab oyununda baxımlı qola imza atan futbolçu digər 3 qolun ötürməsini edib.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq