“Ağılsızlar hər yerdə var” - FİFA prezidenti

“Ağılsızlar hər yerdə var” -  FİFA prezidenti
XƏBƏR 10 May 2017 / 01:28 2659
-  A +

FİFA prezidenti Canni İnfantino “Peskara”nın yarımmüdafiəçisi Salli Muntarinin “Kalyari” ilə matçda irqçiliyə məruz qalmasına münasibət bildirib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, İnfantino tezliklə təhqir olunan futbolçu ilə görüşəcəyini söyləyib:

“Bu cür hallarda 3 mümkün variant var: oyunu dayandırmaq, stadionda elan vermək və qarşılaşmanı müəyyən müddətə saxlayaraq oyunçuları meydandan çıxarmaq.

Təəssüf ki, ağılsızlar hər yerdə var. Biz bu cür hallara qarşı mübarizə aparmalıyıq. Bu məsələ ilə bağlı həm İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio, həm də Muntarinin özü ilə danışacağam”.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq