Stoiçkov ÇL-də hansı komandanı dəstəkləyir?

Stoiçkov ÇL-də hansı komandanı dəstəkləyir?
XƏBƏR 10 May 2017 / 00:00 2882
-  A +

Bolqarıstan futbolunun canlı əfsanəsi Xristo Stoiçkov Çempionlar Liqası haqda danışıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, ötənlərin məşhur hücumçusu ÇL-i “Yuventus”un qazanmasını istəyir:

“Çox istərdim ki, Çempionlar Liqasını “Yuventus” qazansın. Başqa nəticəni təsəvvür belə edə bilmirəm”.

Stoiçkov sabah ÇL-də baş tutacaq “Atletiko” - “Real” qarşıdurmasından da söz açıb: 

“O ki qaldı Madrid derbisinə, həyatda hər şey mümkündür. “Barselona” ilk görüşdə PSJ-yə 0:4 hesabı ilə uduzduqdan sonra insanların 99,9 faizi cütün taleyinin həll olunduğunu düşünürdülər. Lakin möcüzə baş verdi.

“Real” ilk oyundan sonra böyük üstünlük qazanıb. Bununla belə, “Atletiko”nu hesabdan silmək olmaz”.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq