Superliqada 30-cu tura yekun vuruldu

Superliqada 30-cu tura yekun vuruldu
XƏBƏR 9 May 2017 / 00:00 2208
-  A +

Türkiyə Superliqasında 30-cu tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, son oyun günündə 2 qarşılaşma keçirilib.

“Akhisar Genclik Spor” öz meydanında Superliqada qalmaq uğrunda mübarizə aparan “Qaziantepspor”u qəbul edib. Matç meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb.

Bu yenilgidən sonra Qaziantep təmsilçisi yüksək liqada qalmaq şansını xeyli çətinləşdirib.

“Kardemir Karabük” - “Osmanlıspor” görüşünün taleyini isə 1 qol həll edib.


Türkiyə Superliqası

30-cu tur

8 may

“Akhisar Genclik Spor” - “Qaziantepspor” 6:0
Qollar:
Vallas, 43-avtoqol, Çikalleşi, 58; 61, Vaz Te, 72; 83-pen, Larsson, 87 

“Kardemir Karabük” - “Osmanlıspor” 1:0
Qol:
Seleznyov, 64-pen

Qeyd edək ki, bugünkü qələbədən sonra “Akhisar Genclik Spor” 39 xalla 10-cu, eyni xala malik “Kardemir Karabük” 11-ci yeri tutur. 1 xal az toplamış “Osmanlıspor” 12-ci, “Qaziantepspor” isə 26 xalla 17-ci pillədə qərarlaşıb.

Son xəbərlər
topaz banner