İngiltərənin ən yaxşı futbolçusu - BBC açıqladı

İngiltərənin ən yaxşı futbolçusu - BBC açıqladı
XƏBƏR 8 May 2017 / 20:30 3186
-  A +

"Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante növbəti mükafata sahib çıxıb.

Qol.az-ın məlumatına görə, "BBC"nin idman jurnalistləri arasında keçirdiyi səsvermənin yekun nəticəsinə əsasən, o, İngiltərədə cari mövsümün ən yaxşı oyunçusu seçilib. Fransalı futbolçu səsvermədə komanda yoldaşı Eden Azar və Dele Allini ("Tottenhem") qabaqlayıb.

Qeyd edək ki, N.Kante bundan əvvəl İngiltərə Peşəkar Futbolçular Assosiasiyasının peşəkar futbolçular və Futbolçuların Həmkarlar İttifaqının üzvləri arasında keçirdiyi sorğuda cari mövsümün ən yaxşı oyunçusu seçilib.


Son xəbərlər
topaz banner