SuperMarionun super sezonu

SuperMarionun super sezonu
XƏBƏR 8 May 2017 / 16:43 4165
-  A +

Mario Balotelli karyerasının ən yaxşı dövrünü yaşayır.

Qol.az-ın xəbərinə görə, "Nitsa"nın hücumçusu bu mövsüm Fransa Liqasında 22 oyuna 15 qol vurub. İtaliya millisinin sabiq üzvü şəxsi karyerasında ilk dəfədir bu qədər uğurla çıxış edib.

Balotelli matçdan sonra jurnalistlərə bildirib ki, buna qədərki son 2 mövsümdə problemləri olub və istədiyi oyunu nümayiş etdirə bilməyib: "İndi isə əvvəlki yaxşı formama qayıtmışam".

Qeyd edək ki, 26 yaşlı forvard ötən il "Milan"dan transfer olunub.

Daha çox


Son xəbərlər