Renat "Bavariya"ya qol vurdu

Renat "Bavariya"ya qol vurdu
XƏBƏR 6 May 2017 / 19:12 6293
-  A +

Millimizə cəlb olunan Renat Dadaşov  “Ayntraxt”ın U-19 komandasında növbəti oyununa çıxıb.

Qol.az-ın xəbərinə görə, Frankfurt təmsilçisi öz meydanında “Bavariya”nın U-19 komandasını qəbul edib. Artıq çempionluğu təmin etmiş münhenlilərlə oyun “Ayntraxt”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Start heyətdə meydana çıxan Dadaşov 34-cü dəqiqədə komandaısının ikinci qolunu vurub.

Qeyd edək ki, bu oyundan sonra xalını 36-a çatdıran "Ayntraxt" turnir cədvəlinin 6-cı pilləsinə yüksəlib.

Son xəbərlər
topaz banner