Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun 4-cü yarış gününə yekun vurulub.
2.1 kateqoriyalı yarışın 164 km-lik bu mərhələsində iştirakçılar saat 09:30-da Qəbələ rayon İcra Hakimiyyətinin qarşısından start götürməklə İsmayıllı-Ağsu-Şamaxı marşrutu üzrə hərəkət ediblər və Pirquluda yerləşən Vergilər nazirliyinin Tədris Mərkəsinin qarşısında finiş xəttini keçiblər.
Əvvəlki illərdən fərqli olaraq marşruta Ağsu dolaylarının da əlavə edilməsi mübarizəyə əlavə rəng qatıb. Veloturun ən çətin dağ mərhələsinin qalibi isə ABŞ-ın "İlluminate" komandasının təmsilçisi Edvin Avila olub - 4 saat, 2 dəqiqə, 1 saniyə. Rusiyanın "Gazprom-Rusvelo" və İtaliyanın "Wilier Triestina" klublarının nümayəndələri İldar Arslanov və Aleks Turrin finişi qalibdən müvafiq olaraq 2 və 5 saniyə sonra keçməklə 2-3-cü yerləri tutublar.
3 mərhələdən sonra ümumi təsnifata başçılıq edən Elit yığmamızın üzvü Kiril Pozdnyakov bu dəfə 7-ci olmaqla liderliyi qoruyub və mavi rəngli "Synergy" köynəyini özündə saxlayıb. Hazırda velosipedçimiz ən yaxın izləyicisi, Avstriyanın "Amplatz-BMC" komandasının üzvü Herman Pernştayneri 46 saniyə qabaqlayır. Bundan başqa, təmsilçimiz dağ yollarındakı uğurlu çıxışı ilə ən yaxşı dağ velosipedçisinə verilən qırmızı rəngli "AZAL" köynəyinə də yiyələnib.
Aralıq sprintlərində hamıdan çox xal toplayan mərhələ qalibi Edvin Avila ən yaxşı sprinter üçün nəzərdə tutulan yaşıl rəngli "SOCAR" köynəyinə layiq görülüb. Fransanın "Delko Marseille Provance KTM" klubunun üzvü Con Anderson Rodriqes isə ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli "ATAHOLDİNG" köynəyi ilə mükafatlandırılıb.
Velosipedçiləri Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev təltif edib.
Edvin Avila: Çox şadam ki, bu mərhələdə qalib gəldim. Son sprint zamanı yol üzüaşağı idi və üstəlik külək də vardı. Sürət yüksək olsa da çətinliklə üzləşmədim. Yarışın sabahkı son mərhələsini fiziki hazırlığıma və bədən quruluşuma görə əlverişli saya bilərəm. Buna görə də uğur qazanacağıma inanıram.
Kiril Pozdnyakov: Komandam dünən olduğu kimi, bu gün də mənim qələbəm üçün əlindən gələni etdi. Velosiped idman növündə əvvəlcədən nəyisə planlaşdırmaq olmur. Ümid edirəm ki, sabah bəxtimiz gətirəcək və sevinən tərəf biz olacağıq. Ağsu aşırımı isə kifayət qədər maraqlı oldu, çünki oranın olduqca gözəl təbiəti var.
Mayın 7-də veloturun sonuncu mərhələsi keçiriləcək. Start və finiş nöqtəsi Azadlıq Meydanında olacaq bu mərhələdə iştirakçılar saat 10:30-da hərəkətə başlamaqla Bakı-Abşeron-Bakı marşrutu üzrə 158 km məsafə qət edəcəklər. Qeyd edək ki, “Tour d’Azerbaidjan-2017” yarışında 18 ölkənin 22 komandası mübarizə aparır.
Yuxarı
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab