“Sevilya” öz meydanında büdrədi

“Sevilya” öz meydanında büdrədi
XƏBƏR 6 May 2017 / 00:56 2430
-  A +

İspaniya La Liqasında 36-cı tura start verilib.

Qol.az-ın məlumatına görə, turun açılış matçında “Sevilya” öz “Real Soseydad”ı qəbul edib.

Görüş hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edirdi. “Sevilya” bürünc medallar, “Real Soseydad” isə Avroliqa uğrunda mübarizə aparır.

2 qolun vurulduğu matçda qalib aşkarlanmayıb.


İspaniya, La Liqa

36-cı tur

5 may

“Sevilya” - “Real Soseydad” 1:1
Qollar:
Sarabia, 41 (1:0), Vela, 61 (1:1)

Qeyd edək ki, 36 turdan sonra “Sevilya” 69 xalla dördüncüy pillədə qərarlaşıb. 62 xala malik “Real Soseydad” isə 7-cidir. 

Daha çox


Son xəbərlər