“Karyeramın son illərində yenidən həm çempion olmaq, həm də kuboku qazanmaq çox xoşdu. Düzü, oyundan əvvəl uduzacağımızı düşünürdüm".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Azərbaycan kubokunun finalında "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, ilk hissənin gərgin keçdiyini bildirib: "İkinci hissədə isə komandamız daha yaxşı çıxış etdi və qalib gəldik".
Oyunun gedişində zədələndiyi üçün əvəzlənən kapitan son durumuna sabah aydınlıq gələcəyini söyləyib: “Dizim burxuldu. Bir az ağrı var. Zədəmin durumuna sabah tam aydınlıq gələcək”.
R.Sadıqov cari mövsümü dəyərləndirib: "Oyunumuzda problemlər çox oldu. Məsələn, ötən mövsüm çempionatın gedişində 2-3 oyunda problem yaşayırdıqsa, bu il tam fərqli oldu. Bəlkə də 10 oyunda problem yaşadıq. Çox itkimiz oldu. Heyətdə milli üzvləri də çox idi. Amma son 5-6 oyunda yaxşı oynadıq. Son oyunlarda özümüzə bənzəməyə başladıq.
O, baş məşqçi kimi U-19 komandası ilə də qızıl medala yaxın olmağı ilə bağlı bunları bildirib: "Görək nə olur. Beş gündən sonra Qəbələdə yerli komanda ilə derbi oyuna çıxacağıq. Hamı istirahətə gedir, mən isə oyuna hazırlaşacam (gülür)".
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
La Liqaya haker hücumu
“Barselona” tarixinin ən uzun səfəri - Bakı
"Çalışırıq, amma alınmır" - Mamadu Kane