“Ümid edirəm ki, gələn dəfə belə qərarlar məsləhətləşərək və düşünülmüş şəkildə verilər"
“Qəbələ”nin prezidenti Tale Heydərov Azərbaycan kubokunun final oyununun Naxçıvanda keçirilməsinə münasibət bildirib.
Qol.az-ın xəbərinə görə, “Qarabağ”a 0:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlama verən klub rəhbəri deyib ki, Naxçıvana gəlmək çox xoş olub: “Bura mənim ata yurdumdu. Burda azarkeşlərin çox olmasını görmək sevindirici haldır. Meydançanın durumuna gəldikdə, Bakıda daha yaxşı ot örtüyü var idi”.
T.Heydərov bildirib ki, finalı paytaxtda da keçirmək olardı: “Ümid edirəm ki, gələn dəfə belə qərarlar məsləhətləşərək və düşünülmüş şəkildə verilər. “Qarabağ” da, “Qəbələ” də Azərbaycan komandasıdır. Futbol azarkeşlər üçündür. Biz möhtəşəm atmosferli oyunun şahidi ola bilərdik. Ümid edirəm ki, gələn il finala kimin yüksəlməyindən asılı olmayaraq, stadion seçimində daha yaxşı düşünülər. Əlbəttə ki, Naxçıvanda yenə oyun keçirmək istərdik. Bununla bağlı heç bir problemimiz yoxdur. Azarkeşləri sevindirmək üçün yoldaşlıq görüşü keçirmək olar. Ancaq kubokun finalı çox vacib oyundur”.
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
La Liqaya haker hücumu
“Barselona” tarixinin ən uzun səfəri - Bakı
"Çalışırıq, amma alınmır" - Mamadu Kane