Tottinin yeni işi bəlli oldu

Tottinin yeni işi bəlli oldu
XƏBƏR 5 May 2017 / 14:14 3374
-  A +

"Roma"nın canlı əfsanəsi Françesko Totti mövsümün sonunda futbolçu karyerasını başa vuracaq.

Qol.az-ın xəbərinə görə, 40 yaşlı hücumçu doğma klubundan ayrılmayacaq. Belə ki, o, "Roma"nın futbol direktoru olacaq. Bunu İtaliya mətbuatına açıqlamasında klub prezidenti Xames Palotta deyib:

"Onunla bu haqda danışdıq. Karyerasını  bitirdikdən sonra klubumuzun futbol direktoru olacaq. İdman direktorumuz Monçinin də ondan öyrənəcəyi çox şey var".

Qeyd edək ki, 1992-ci ildən “Roma”da çıxış edən əfsanəvi futbolçu başqa heç bir klubun formasını geyinməyib. İtaliya millisinin sabiq üzvü paytaxt təsmilçisində 763 oyuna 306 qol vurub.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır