"Buffona cavab oyununda qol vurarıq" - Mbappe

"Buffona cavab oyununda qol vurarıq" - Mbappe
XƏBƏR 5 May 2017 / 00:25 2916
-  A +

“Bir az təcrübəsiz olduğumuz hiss olunurdu. Amma ən böyük problemimiz əlimizə düşən fürsətlərdən yararlana bilməməyimiz idi”.

Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Monako"nun futbolçusu Kilian Mbappe Çempionlar Liqasının yarımfinalında "Yuventus"a uduzduqları (0:2) oyundan sonra deyib.

Gənc hücumçu cavab oyununda rəqib qapıçısı Canluici Buffonu məyus edəcəyinə inandığını bildirib: “Xeyli qol vəziyyətlərimiz oldu. Amma hesabı aça bilmədik. Buffon bir neçə dəfə vacib qurtarışlar etdi. “Yuventus” isə iki dəfə hücuma çıxdı və hər ikisində qapımızda qol gördük. Bu oyundan dərs çıxarmalıyıq. İnanıram ki, cavab oyununda Buffona qol vura bilərik”.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır