Aprelin 17-də “İdman” qəzetinin 7 mininci sayı işıq üzü görüb.
Qol.az-ın məlumatına görə, bu il 85 illik yubileyini qeyd etməyə hazırlaşan qəzetin xüsusi - 7 mininci sayında redaksiyaya daxil olmuş təbrik məktublarına geniş yer verilib.
7 mininci sayın qəzetin 85 illik yubileyi ilə eyni ərəfəyə təsadüf etməsi “İdman”ın bu nəşrini daha da əlamətdar edib. Nəşrin yubiley sayında qəzetin ötən 85 illik fəaliyyətinə işıq salınıb və müxtəlif illərdə redaksiyada çalışmış jurnalistlərin xatirələri dərc edilib.
Xüsusi buraxılışda gənclər və idman naziri Azad Rəhimovun, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadənin, Xəzər İsayevin, Milli Məclisin deputatları – MOK-un baş katibi Ağacan Abıyevin və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun, eləcə də Dünya İdman Mətbuatı Assosiasiyasının prezidenti Gianni Merlonun təbrik məktubları dərc olunub.
“İdman”ın bu sayında Olimpiya zirvəsinə yüksəlmiş bütün idmançılarımız qəzetlə bağlı arzularını bölüşüblər. Nəşrdə bir sıra tanınmış jurnalistlərin təbriklərinə də yer ayrılıb.
Qəzetin geniş fotoarxivindən istifadə olunmaqla nəfis tərtibatla hazırlanmış 7 mininci sayı “İdman”ın 85 illik yubileyi ərəfəsində oxuculara gözəl töhfədir.
Yuxarı
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi