"Beşiktaş"ın oyununda insident - azarkeşlər meydana girdi

"Beşiktaş"ın oyununda insident - azarkeşlər meydana girdi
XƏBƏR 13 Aprel 2017 / 23:24 5445
-  A +

Avropa Liqasının 1/4 finalında keçiriləcək "Lion" - "Beşiktaş" matçı öncəsi azarkeşlər arasında insident yaşanıb.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, oyununun başlamağına dəqiqələr qalmış azarkeşlər arasında dava düşüb.

Bəzi azarkeşlər hətta meydançaya da daxil olublar.

"Lion" rəhbərliyinin verdiyi ilkin açıqlamada bildirilib ki, yuxarıdakı tribunalardan məşəllər atıldığı üçün aşağıdakı azarkeşlər meydana enməyə məcbur olublar.

Qeyd edək ki, “Lion” – “Beşiktaş” matçı saat 23:05-də başlamalı olsa da, hadisələr səbəbindən gecikir.








Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər