“Xəzər Lənkəran” AFFA ilə aralarındakı narazılığa aydınlıq gətirib. Lənkəran klubunun vitse-prezidenti Tuyqun Nadirov Qol.Az-a verdiyi müsahibədə İntizam Komitəsinin qərarını düzgün hesab etmədiyini bildirib: “Biz bu qərarla razı deyilik. Çempionatın ortasında deyirlər ki, reklamları yerləşdirin. Əgər mövsümün əvvəlində bu təkliflə çıxış etsəydilər, problem olmazdı. İndi biz necə həmin reklam bannerlərini stadionda yerləşdirək? Mövsümün əvvəlində bir çox şirkətlərlə müqavilə imzalamışıq, həmin reklam yerləri də müxtəlif firmalara satılıb. Biz indi həmin şirkətlərin hüquqularını necə tapdalayaq? Axı onlarla müqaviləmiz var. Keçən dəfəki iclasdan sonra biz appelyasiya şikayəti verdik. Lakin hələ də onlardan bir xəbər çıxmayıb. Gözləyirik, görək axırı necə olur”.
Xatırladaq ki, bu gün AFFA İntizam Komitəsinin növbəti iclasında “Xəzər Lənkəran” - “Karvan” matçında PFL-in təqdim etdiyi reklam (Unibankın reklam banneri) matçın keçirildiyi stadionda yerləşdirilmədiyi üçün meydan sahibi klub 2000 manat cərimə olunub.
"Milan"Leaunu itirdi
“Qarabağ” uduzdu, “Neftçi”dən böyükhesablı qələbə
"Neftçi"nin futbolçusu mükafatlandırılıb
"Hiss olunur ki, çempionatımız güclənib" - Orxan Məmmədov
Alman klubu Ayxan Abbasovdan nə xahiş edib?
"Kəpəz" "Qarabağ"a belə qalib gəldi - Video
"Qarabağ" bizdən qat-qat üstün idi" - Azər Bağırov
"Neftçi" - "İmişli": Heyətlər açıqlandı
"Zirə"nin iki legioneri Ruanda millisinə çağırıldı
Valverde ilə yollar ayrılacaq - Rəsmi
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı
Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşdi
Mourinyunun köməkçisi dünyasını dəyişdi
"Kəpəz" - "Qarabağ": Heyətlər
Azərbaycan millisinin heyəti açıqlandı
Duran Kolumbiya millisinə çağırılmadı