Turanın “Tovuz” klubunun sabiq baş məşqçisi Naci Şensoy “Neftçi” klubunun baş məşqçi postuna gətirilə bilər. Qol.Az-ın məlumatına görə, bu barədə Plovdivin “Lokomotiv” klubunu çalışdıran türkiyəli mütəxəssisin özü məlumat verib: “Neftçi”nin baş məşqçi postuna keçmək variantım mümkündür. Düzdür hələ ki, klub rəhbərliyi tərəfindən heç bir rəsmi təklif almamışam. Bununla belə “Neftçi” klubunun azarkeşləri komandalarının baş məşqçiləri olaraq ən çox məni görmək istəyirlər”. Şensoy “Lokomotiv” klubunun prezidenti Konstantin Dinyevlə yaxşı münasibətləri olduğunu və komandanı indiki vəziyyətdə tərk etmək istəmədiyini də qeyd edib: “Mənim Azərbaycan futboluna və “Neftçi”yə çox böyük hörmətim var. Onlar da qarşılıqlı şəkildə mənə bu hörməti bəsləyirlər. “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanovla da yaxşı əlaqələrim var. Onunla “Turan”da birlikdə çalışmışıq. Bu səbəbdən “Neftçi”nin mənə qarşı olan marağı anlaşılandı”.
Mənbə: Plovdiv 24
"Milan"Leaunu itirdi
“Qarabağ” uduzdu, “Neftçi”dən böyükhesablı qələbə
"Neftçi"nin futbolçusu mükafatlandırılıb
"Hiss olunur ki, çempionatımız güclənib" - Orxan Məmmədov
Alman klubu Ayxan Abbasovdan nə xahiş edib?
"Kəpəz" "Qarabağ"a belə qalib gəldi - Video
"Qarabağ" bizdən qat-qat üstün idi" - Azər Bağırov
"Neftçi" - "İmişli": Heyətlər açıqlandı
"Zirə"nin iki legioneri Ruanda millisinə çağırıldı
Valverde ilə yollar ayrılacaq - Rəsmi
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı
Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşdi
Mourinyunun köməkçisi dünyasını dəyişdi
"Kəpəz" - "Qarabağ": Heyətlər
Azərbaycan millisinin heyəti açıqlandı
Duran Kolumbiya millisinə çağırılmadı