Vaqif Sadıqovun gedişindən sonra mətbuatda “Neftçi”nin baş məşqçisi postuna bir çox namizədlərin adı hallanmağa başlayıb. Qol.Az-ın məlumatına görə, “Qarabağ”ın keçmiş fiziki hazırlıq üzrə məşqçisi Mehmet Ak da paytaxt klubunu çalışdırmağa namizədlər sırasındadır. Hazırda işsiz olan gənc türkiyəli mütəxəssis “Qarabağ”dakı fəaliyyəti ilə ölkəmizdə tanınıb. Ötən mövsüm başa çatdıqdan sonra Ağdam klubundan ayrılan Ak vətənində üçüncü liqa klubu “Nilufərspor”un baş məşqçisi təyin olundu. Bu təyinatdan sonra Ak Türkiyə futbol tarixinə ən gənc baş məşqçi kimi düşdü. Gənc mütəxəssisin “Nilufərspor”dakı karyerasını uğurlu adlandırmaq olar. Məhz onun rəhbərliyi altında mövsümə uğurlu başlayan “Nilufərspor” keçirdiyi 10 oyunda 8 qələbə qazanıb və 1 dəfə heç-heçə edib. Yalnız bir oyunda məğlubiyyət acısı yaşayan Ak klub rəhbərliyinin verdiyi vədi əməl etmədiyini əsas gətirərək, komandadan ayrılıb.
Ölkəmizə gəlməmişdən öncə isə Mehmet Ak “Qalatasaray”ın aşağı yaş qrupu üzrə komandasında fiziki məşqçi olaraq fəaliyyət göstərib.
"Milan"Leaunu itirdi
“Qarabağ” uduzdu, “Neftçi”dən böyükhesablı qələbə
"Neftçi"nin futbolçusu mükafatlandırılıb
"Hiss olunur ki, çempionatımız güclənib" - Orxan Məmmədov
Alman klubu Ayxan Abbasovdan nə xahiş edib?
"Kəpəz" "Qarabağ"a belə qalib gəldi - Video
"Qarabağ" bizdən qat-qat üstün idi" - Azər Bağırov
"Neftçi" - "İmişli": Heyətlər açıqlandı
"Zirə"nin iki legioneri Ruanda millisinə çağırıldı
Valverde ilə yollar ayrılacaq - Rəsmi
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı
Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşdi
Mourinyunun köməkçisi dünyasını dəyişdi
"Kəpəz" - "Qarabağ": Heyətlər
Azərbaycan millisinin heyəti açıqlandı
Duran Kolumbiya millisinə çağırılmadı