Azərbaycan futboluna ağır itki üz verdi

Azərbaycan futboluna ağır itki üz verdi
ÖLKƏ FUTBOLU 17 Fevral 2010 / 01:03 2749
-  A +

“Bakı”nın baş həkimi Murad Mərdanlı vəfat edib. Qol.Az-ın müxbirilə söhbətində bu barədə klubun vitse-prezidenti Tunc Avşar məlumat verib. Avşarın sözlərinə görə, Murad Mərdanlı bir neçə gün öncə infark keçirərək xəstəxanaya yerləşdirilib:"Srağagün xəstəxanadan evə buraxılan həkimin vəziyyəti normal idi. Özünü yaxşı hiss edirdi. Amma bir-iki saat əvvəl növbəti dəfə infarkt keçirərək vəfat etdi”. Qeyd edək ki, məhşur həkim Murad Mərdanlı karyerası ərzində Türkiyənin “Trabzonspor”, “Ərzurumspor”, ölkəmizdə isə “Neftçi” klubunda çalışıb. Mərdanlının son çalışdığı komanda paytaxtın "Bakı" klubu idi. Allah rəhmət eləsin!

Son xəbərlər