“Qış fasiləsindən öncəki ilk matçda rəqibimizə 2:1 hesabı ilə məğlub olmuşduq. İnanıram ki, bu dəfə məğlubiyyətin əvəzini çıxa biləcəyik”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “Qarabağ”ın sabiq hücumçusu, hazırda Hollandiyanın “Tvente” klubunda çıxış edən Vaqif Cavadov deyib. Cavadov Premyer Liqanın növbəti turu çərçivəsində çərşəmbə günü "İnter"lə Quzanlıdakı oyunun “Qarabağ” üçün çətin keçəcəyini vurğulayıb: “Əgər sabiq klubum “Xəzər Lənkəran”a qarşı göstərdiyi son oyunu nümayiş etdirə bilsə, şübhəsiz qələbə bizim olacaq. Quzanlı stadionunda komandamız həmişə daha yaxşı çıxış edir. Meydan amilini xüsusi qabartmaq istəyirəm”. Vaqif bütün “Qarabağ” azarkeşlərindən Ağdam klubuna dəstək olmalarını xahiş edib: “Quzanlı stadionun tribunalarını ağzına qədər doldurmaq lazımdır. Bu halda qələbə mütləq bizim olacaq. Uşaqlara uğurlar arzulayıram. Onların ən yaxşısını edəcəklərinə inanım böyükdür”. Xatırladaq ki, "Qarabağ" - "İnter" matçı çərşəmbə günü saat 14:15-də Quzanlı qəsəbə stadionunda baş tutacaq.
"Milan"Leaunu itirdi
“Qarabağ” uduzdu, “Neftçi”dən böyükhesablı qələbə
"Neftçi"nin futbolçusu mükafatlandırılıb
"Hiss olunur ki, çempionatımız güclənib" - Orxan Məmmədov
Alman klubu Ayxan Abbasovdan nə xahiş edib?
"Kəpəz" "Qarabağ"a belə qalib gəldi - Video
"Qarabağ" bizdən qat-qat üstün idi" - Azər Bağırov
"Neftçi" - "İmişli": Heyətlər açıqlandı
"Zirə"nin iki legioneri Ruanda millisinə çağırıldı
Valverde ilə yollar ayrılacaq - Rəsmi
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı
Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşdi
Mourinyunun köməkçisi dünyasını dəyişdi
"Kəpəz" - "Qarabağ": Heyətlər
Azərbaycan millisinin heyəti açıqlandı
Duran Kolumbiya millisinə çağırılmadı
Asim Xudiyevə UEFA-dan növbəti təyinat
İspanya millisinin DÇ-2026 üçün forması - Şəkillər
"Liverpul"dan ayrıla biləcək 6 futbolçu
Rəşad Sadıqov AFFA-ya söz atdı - Video
2-ci liqada daha 6 oyunun vaxtı məlum oldu
FİFA İsrail Futbol Assosiasiyasını cərimələdi
Avroliqada bütün 1/4 finalçılar müəyyənləşdi
Konfrans Liqasında 1/4 finalçılar bəlli oldu
"Real"ın ən yaxşı futbolçusu seçildi
İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü
Flik Qavinin milliyə çağrılmasına qəzəbləndi
Azərbaycan millisinin heyəti açıqlandı
"Futbolu unutmaqlarını istəyirəm" - Valdas Dambrauskas