Bir-birini söyən futbolçular cəzalandırıldı

Bir-birini söyən futbolçular cəzalandırıldı
XƏBƏR 15 Noyabr 2016 / 14:11 2623
-  A +

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, iclasda I divizionun XI turunun görüşlərində baş verənlər müzakirə olunub.

“Şərurspor” – “Şahdağ” matçının 90+2-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Ramin Mansurov və qonaqların futbolçusu Musa Rəhimov bir-birilərini təhqir etdiylərinə görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyunluq cəzalanıb, klublar 160 manat cərimə olunub .
 
Qeyd edək ki, görüş “Şərurspor”un 3:1 hesablı qələbəsi ilə nəticələnib

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner