Ndlovu istəyinə çatdı: Maşaba vəzifəsindən uzaqlaşdırıldı

Ndlovu istəyinə çatdı:  Maşaba vəzifəsindən uzaqlaşdırıldı
XƏBƏR 15 Noyabr 2016 / 00:14 5330
-  A +

CAR millisinin baş məşqçisi Efraim Maşaba vəzifəsindən uzaqlaşdırılıb.

Qol.az xəbər verir ki, bu haqda federasiyanın mətbuat katibliyi məlumat yayıb. Rəsmi məlumata əsasən, Maşaba DÇ-2018-in seçmə mərhələsində Seneqalla (2:1) oyundan sonra federasiya rəhbərliyini tənqid etdiyi üçün cəzalanıb.

Onun yoxluğunda millini Ouen da Qama çalışdıracaq. Mozambikə qarşı keçiriləcək yoxlama oyununda CAR yığmasını məhz o meydana çıxaracaq.

Hələlik Maşabanın vəzifəsindən hansı müddətə uzaqlaşdırıldığı məlum deyil.

Xatırladaq ki, “Qarabağ”ın hücumçusu Dino Ndlovu Efraim Maşabadan narazılıq edib. Afrikalı futbolçu yaxşı formada olmasına baxmayaraq, milliyə dəvət edilmədiyini deyib və buna görə baş məşqçini günahlandırıb: “Hamı bilsin, nə qədər ki, o, komandanın baş məşqçisidir, milliyə dəvət alsam da, getməyəcəyəm”.

Daha çox


Son xəbərlər
22.04.26  18:32

PSJ-yə keçə bilər

topaz banner