Löv Almaniya millisinin tarixinə düşdü

Löv Almaniya millisinin tarixinə düşdü
XƏBƏR 12 Noyabr 2016 / 13:22 4251
-  A +

Almaniya millisinin baş məşqçisi Yoahim Löv yeni rekorda imza atıb.

Qol.az-ın məlumatına görə, onun rekordu DÇ-2018-in seçmə mərhələsində San Marino ilə oyunda (8:0) qeydə alınıb.

Bu, Lövün rəhbərliyi altında Almaniya millisinin 95-ci qələbəsi olub. Bununla da o, Bundestimin tarixində ən çox qələbə qazanan baş məşqçi olub.

Qeyd edək ki, 56 yaşlı mütəxəssis 2006-cı ildən Almaniya millisini çalışdırır. O, bu yaxınlarda milli ilə 2020-ci ilə qədər müqavilə imzalayıb.

Daha çox


Son xəbərlər
topaz banner