Rövnəq Abdullayev millinin oyununda

Rövnəq Abdullayev millinin oyununda
XƏBƏR 11 Noyabr 2016 / 21:22 3550
-  A +

AFFA prezidenti Rövnəq Abdullayev Belfasta gedib.

Qol.az-ın məlumatına görə, o, sözügedən şəhərin “Vindzor Park” stadionundan millimizin DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə oyununu canlı izləyəcək.

AFFA prezidenti Rövnəq Abdullayevlə yanaşı, görüşə vitse-prezidentlər Rauf Əliyev və Elşad Nəsirov də baxacaq.

Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan matçı bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Son xəbərlər
topaz banner