AZAL yığmamızla qarşılaşacaq

AZAL yığmamızla qarşılaşacaq
XƏBƏR 10 Noyabr 2016 / 15:03 1363
-  A +

Milli komandanın oyunu ilə əlaqədar çempionatda yaranan fasilədə AZAL iki yoxlama oyununda qüvvəsini sınayacaq.
 
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda noyabrın 13-də həvəskarlar liqasında mübarizə aparan “Liman”ı sınaga çəkəcək.

Bu görüş “AZAL-Arena”da baş tutacaq. Növbəti oyunda isə rəqib gənclərdən ibarət yıgma olacaq. Yaşar Vahabzadənin rəhbərlik etdiyi U-21-lə görüş noyabrın 15-də Bakı Olimpiya Stadionunun yardımçı meydançasında keçiriləcək.

Son xəbərlər
topaz banner