Yunanıstanda futbol yarışları dayandırıldı

Yunanıstanda futbol yarışları dayandırıldı
XƏBƏR 9 Noyabr 2016 / 21:21 5713
-  A +

Yunanıstanda bütün futbol yarışları qeyri-müəyyən müddətə dayandırılıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə Yunanıstan Futbol Federasiyası qərar verib.

Buna ölkənin  Hakimlər Komitəsinin sədri Giorgos Bikasın evinin yandırılması səbəb olub.

Yerli federasiya hadisədən sonra ölkədə bütün futbol yarışlarını qeyri-müəyyən müddətə dayandırıb. Bu barədə FİFA və UEFA-ya məlumat verildiyi bildirilib.

Qeyd edək ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi PAOK Yunanıstan liqasında çıxış edir.


Son xəbərlər
topaz banner