Noyabrın 11-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində Belfastda Şimali İrlandiya ilə qarşılaşacaq Azərbaycan millisi azarkeş baxımından dəstəksiz qalmayacaq.
Qol.az-ın məlumatına görə, Hollandiyada təhsil alan həmyerlimiz, "Milli Dəstə" azad azarkeş qrupunun həmtəsisçisi Şamil Mustafayev San-Marino və Çexiyada olduğu kimi bu dəfə də komandamızı qələbəyə səsləyəcək.
Şamil Mustafayevin sözlərinə görə, "Milli Dəstə"nin daha bir üzvü, İsveçdə yaşayan Zaur Məmmədov Belfasta sabah gələcək:
"Zaurdan başqa İngiltərədən 53 azərbaycanlı oyun günü bizə qoşulacaq. Oyuna kimi hər biri ilə iş aparılıb. Artıq, millimizə aid bəstələri öyrəniblər və oyun günü tribunada komandamızı dəstəkləməklə yanaşı, xoreoqrafiyanın açılışında da yaxından iştirak edəcəklər".
Söhbət zamanı məlum olub ki, "Milli Dəstə"nin bu dəfəki fəaliyyəti əvvəlki oyunlardakından qat-qat səviyyəli olacaq. Belə ki, komandalar meydana çıxan zaman azarkeşlər 3 banner və lentlərdən ibarət xoreoqrafiya açacaqlar: "Hollandiyadan özümlə ümumi ölçüsü 40 kv.m olan 3 banner gətirmişəm. Bannerlərin üzərində yazılanlar barədə heç nə deməyəcəm. Çünki sürpriz etmək istəyirik. Ümumiyyətlə, bizə ayrılan sektorda boş yer olmayacaq, oturacaqların üzərini bannerlərdən savayı müxtəlif atributlarla örtəcəyik. Fikrimcə, möhtəşəm görünüş olacaq. Məqsədimiz həmişə olduğu kimi futbolçularımıza mənəvi dəstək olmaqdır. Düşünürəm ki, onların Azərbaycana xalla dönməsinə azacıq da olsa, kömək edə biləcəyik".
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu
Mikels oynadı, Mutsinzi ehtiyatda qaldı
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər