Messi Braziliya ilə oyuna Neymarın təyyarəsində yollandı

Messi Braziliya ilə oyuna Neymarın təyyarəsində yollandı
XƏBƏR 9 Noyabr 2016 / 01:09 4820
-  A +

“Barselona”nın hücumçusu Neymar DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Braziliya - Argentina oyununda iştirak etmək üçün Belu-Orizonti şəhərinə yollanıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, Neymar vətəninə şəxsi təyyarəsində üz tutub. Kataloniya - San Paulu reysində Neymarla birgə klubdakı yoldaşları, Argentina millisinin üzvləri Lionel Messi və Xavyer Maskerano da yer alıb.

Xatırladaq ki, Braziliya - Argentina matçı noyabrın 11-də keçiriləcək.


Qarabağ FK
Son xəbərlər
10.08.26  17:28

"Barselona"da itki

10.08.26  10:02

PSJ-yə qayıtdı

topaz banner