Futbolçu hakimi başla vurub öldürdü

Futbolçu hakimi başla vurub öldürdü
XƏBƏR 8 Noyabr 2016 / 12:22 4044
-  A +

Meksikada həvəskarlar arasındakı oyun zamanı qətl hadisəsi baş verib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Ruben River Vaskes adlı futbolçu qırmızı vərəqə aldıqdan sonra hakim Viktor Trexonun sifətini başı ilə zərbə endirib. Aldığı güclü zərbənin təsirindən referi elə meydandaca dünyasını dəyişib.

Vaskes törətdiyi cinayət əməlindən sonra hadisə yerindən qaçıb. Hazırda polis onu axtarır.


Qarabağ FK
Son xəbərlər
06.10.26  09:18

Son məşq - Video

topaz banner