"Yuventus"un futbolusu 2 ay oynamayacaq

"Yuventus"un futbolusu 2 ay oynamayacaq
XƏBƏR 7 Noyabr 2016 / 23:08 2678
-  A +

İtaliya millisinin və "Yuventus"un futbolçusu Andrea Bardzalyi tibbi müayinədən keçib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İtaliya A seriyasında "Kievo" ilə matçda zədələnən müdafiçinin çiyninin çıxdığı müəyyənləşib. Onun iki ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Bu isə o deməkdir ki, A.Bardzalyi DÇ-2018-in seçmə mərhələsində Lixtenşteynlə oyunu və Almaniya ilə yoldaşlıq görüşünü buraxacaq.

Daha çox


Son xəbərlər
topaz banner