“Qələbə qazanmağa məcbur idik” – “Kəpəz”in futbolçusu

“Qələbə qazanmağa məcbur idik” –  “Kəpəz”in futbolçusu
XƏBƏR 7 Noyabr 2016 / 15:09 2144
-  A +

“Bizim “Zirə”yə acı məğlubiyyətimizdə qırmızı vərəqə oyunumuza təsir etmişdi. Əfsuslar olsun ki, yenə azlıqda qalmağımız planlarımızı pozdu. Halbuki oyuna 3 xal üçün çıxmışdıq".
 
Qol.az-ın məlumatına görə, bu sözləri "Kəpəz"in futbolçusu Şəhriyar Rəhimov "Sumqayıt"la oyundan sonra klubun saytına açıqlamasında deyib.

O, qolsuz başa çatan matçı belə şərh edib: "Gəncədə, öz azarkeşlərimizin önündə oynadığımdan qələbə qazanmağa məcbur idik. Birinci hissədə pis təsir bağışlamadıq. 2-3 qol vəziyyətimiz oldu. Azlıqda qaldıqdan sonra bir az üstünlük rəqibin tərəfinə keçdi. Bu da normaldır, say üstünlüyü onların xeyrinə idi. Məncə, heç-heçə hardasa ədalətli nəticə idi”.

Daha çox


Son xəbərlər
topaz banner