"İnter"in seriyası qırıldı

"İnter"in seriyası qırıldı
XƏBƏR 7 Noyabr 2016 / 13:55 2248
-  A +

“İnter”in Topaz Premyer Liqada məğlubiyyətsiz oyunlar seriyasına son qoyulub.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, cari mövsümün ilk 10 matçında uduzmayan paytaxt təmsilçisi XI turun “Neftçi” ilə XI turun səfər qarşılaşmasında 1:2 hesabı ilə yenilib.

Ötən mövsümün son oyununda da məğlub olmayan Zaur Svanadzenin komandası yenilməzliyi 11 matçdan ibarət olub.

Maraqlıdır ki, “İnter”in çempionatdakı son uğursuzluğu da məhz “Neftçi” ilə səfər oyununda qeydə alınmışdı. Mayın 15-də meydan sahibləri 4:2 hesabı ilə qalib gəlmişdi. 174 gündən sonra uduzan “göy-ağlar” bu müddətdə keçirdiyi 11 matçda 6 qələbə qazanıb, 5 heç-heçə ediblər.

Daha çox


Son xəbərlər
topaz banner