Messidən 500-cü qol

Messidən 500-cü qol
XƏBƏR 7 Noyabr 2016 / 09:45 3740
-  A +

"Barselona"nın futbolçusu Lionel Messi üçün "Sevilya"ya qarşı La Liqanın 11-ci turunda keçirilən oyun əlamətdar olub.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, görüşün 43-cü dəqiqəsində fərqlənən argentinalı hücumçu Kataloniya klubunda 500-cü  qolunu vurub. O, bu qollardan 469-nu 545 rəsmi oyunda, 31-ni isə 47 yoldaşlıq görüşündə vurub.

Qeyd edək ki, "Seviya" - "Barselona" matçı 2-cilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Qarabağ FK
Son xəbərlər
10.08.26  17:28

"Barselona"da itki

10.08.26  10:02

PSJ-yə qayıtdı

topaz banner