“Qarabağ”ın rəqibləri qələbəyə həsrət qaldı

“Qarabağ”ın rəqibləri qələbəyə həsrət qaldı
XƏBƏR 7 Noyabr 2016 / 00:25 2270
-  A +

Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan PAOK, “Slovan” və “Fiorentina” bu gün ölkə çempionatında növbəti oyunlarını keçiriblər.

Qol.az-ın məlumatına görə, Çexiya çempionatının 13-cü turunda “Slovan” öz meydanında “Sparta”nı qəbul edib. Son 2 turda qələbəyə həsrət qalan Liberets təmsilçisi bu dəfə də 3 xal qazana bilməyib - 0:0. 14 xalı olan “Slovan” turnir cədvəlində 9-cu yeri tutur.

Ardıcıl iki dəfə “Qarabağ”a uduzan PAOK Yunanıstan çempionatının 8-ci turunda “Panionis”in qonağı olub. İlk yarıda qapısında qol görən Saloniki təmsilçisi meydandan məğlub ayrılıb - 0:1. 8 turdan sonra PAOK 11 xalla 7-ci yeri tutur.

“Fiorentina” isə “A” seriyasının 12-ci turunda öz meydanında “Sampdoriya”nı sınağa çəkib. Matç 1:1 hesabı ilə başa çatıb. Florensiya klubu 37-ci dəqiqədə Bernardeskinin qolu ilə hesabda önə keçsə də, ikinci yarıda “Sampdoriya” yenilgidən qaçıb. Hazırda 17 xalı “Fiorentina” 8-ci pillədə qərarlaşıb.   

Daha çox


Son xəbərlər
topaz banner