Budaq oynadı, komandası 7-ci pilləyə yüksəldi

Budaq oynadı, komandası 7-ci pilləyə yüksəldi
XƏBƏR 6 Noyabr 2016 / 00:56 3912
-  A +

Portuqaliya ikinci liqasında 14-cü turun oyunları keçirilir.

Qol.az-ın məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Budaq Nəsirovun formasını geydiyi “Sportinq”in B komandası öz meydanında “Santa Klara”nı qəbul edib.

Meydana start heyətində çıxan həmyerlimiz 58-ci dəqiqədə Pinheiro ilə əvəzlənib. Görüş Budağın komandasının 3:1 hesablı qələəsi ilə başa çatıb.

Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 21 yüksəldən “Sponrtin”in ikinci komandası turnir cədvəlində 7-ci pillyə yüksəlib.
 


 

Daha çox


Son xəbərlər
topaz banner