Futbolçu hakimə evlilik təklifi etdi

Futbolçu hakimə evlilik təklifi etdi
XƏBƏR 5 Noyabr 2016 / 16:00 7683
-  A +

Slovakiya V divizionununda keçirilən “Nijna” – “Tatra” oyunundan əvvəl maraqlı hadisə baş verib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, meydan sahiblərinin futbolçusu Lyubomir Vajeçka oyuna az qalmış yan xətt hakiminə evlilik təklifi edib.

O, sevgilisi olan Petra Lepaçkovanın qarşısında diz çöküb. Lepaçkova isə futbolçunun təklifinə razılıq cavabı verib.

Qeyd edək ki, matç "Nijna"nın qələbəsi ilə yekunlaşıb - 3:1. 

Daha çox


Son xəbərlər
topaz banner