"Qarabağ"dan rekord, "Qəbələ"dən antirekord

"Qarabağ"dan rekord, "Qəbələ"dən antirekord
XƏBƏR 5 Noyabr 2016 / 00:58 6403
-  A +

Azərbaycan 2012-ci ildən təmsil olunduğu Avropa Liqasının qrup mərhələsində 4-cü qələbəsini qazanıb.

Qol.az-ın sportnet.az-a istinadən yaydığı xəbərə görə, bu, yenə "Qarabağ"la gerçəkləşib. Qurban Qurbanovun komandası Yunanıstanda PAOK-a 1:0 hesabı ilə qalib gəlməklə rekord müəyyənləşdirib.
Məsələ ondadır ki, indiyədək qrupda 2 qələbəmiz olmamışdı. Buna ilk nail olan "Qarabağ"ın əvvəki 2 qələbəsi hərəsi 1 mövsümdə olub. Bu, debütdə Kiyevdə "Dnepr", sonrakı mövsümdə Bakıda "Anderlext" üzərində 1:0 hesabı ilə olub.

Qrupda digər təmsilçilərimizdən "Neftçi" ilə "Qəbələ"nin qələbələri yoxdur. "Ağ-qaralar" yeganə mövsümündə qrup matçlarının yarısında heç-heçə edib, yarısında uduzub. Roman Qriqorçukun komandası isə ötən mövsümdə olduğu kimi 4-cü məğlubiyyətini alıb. Özü də bu dəfə ardıcıl olub. Qrupdan çıxmayacağı artıq rəsmiləşən "qırmızı-qaralar" məğlubiyyət sayında öz antirekordunu təkrarlayıb.
 

Daha çox


Son xəbərlər
topaz banner