Millət vəkili Aqil Abbas “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsində Bakıda “Sent-Etyen”ə uduzduğu oyun (1:2) haqda fikirlərini bildirib.
O, Qol.az-a açıqlamasında komandanın bəzi çatışmazlıqlarından danışıb: “Qəbələ” dünən çox gözəl oynadı. Yalnız istək çatmırdı. Bu, komandanın zəif cəhətlərindən biridir. Ümumiyyətlə, bizim futbolçular Avroliqada iki cəhətdən zəifdir. Birincisi odur ki, bicliyi bilmirlər. Oyunu gecikdirmək, cərimə zərbəsini vuran futbolçunun qabağına keçmək və bu kimi şeylərdən istifadə etmirlər. Onu da deyim ki, “Qəbələ”ninki şanssızlıqdır, bəxti gətirməməkdir. Əslində rəqib ilk qolu sırf təsadüfdən vurdu. Sadəcə olaraq bir bəxtsizilik oldu.
Futbolçularımızın ikinci zəif cəhəti odur ki, qol buraxan kimi təntiyirlər. Bu, bütün komandalarımıza aiddir. Qol buraxandan sonra tələsməyə başlayırlar, ötürmələrdə səhv edirlər. “Qəbələ” də ikinci qolu təntiməyin və tələsməyin nəticəsində buraxdı.
Hesabda geri olanda ruhdan düşürük, tez əsəbiləşirik. Axı bu futboldur. “Barselona” kimi ulduz futbolçulardan təşkil olunmuş komanda “Mançester Siti”yə 1:3 hesabı ilə uduzdu. Uduzan kimi ruhdan düşmək lazım deyil. “Qəbələ”də hər şey yerindədir. Bircə motivasiya çatmır.
Bir misal çəkmək istəyirəm. Bir dəfə Kiyev “Dinamo”su hesabda geri olanda komanda çox əsəbləşmişdi. Oyunları tamam pozulmuşdu. Top Bloxinə gələndə o, topu qoydu ayağının altına və əli ilə futbolçulara jest elədi ki, nə olub? Özünüzü toparlayın. Bundan sonra “Dinamo” 3 qol vurdu. Bizdə bəzən belə şeylər çatışmır.
Şahmatın çox gözəl bir xüsusiyyəti var. İki güclü şahmatçı oynayır və təbii ki, biri uduzur. Ancaq uduzan fikirləşir ki, güclü bir şahmatçıya uduzdum. Yəni oyunun gözəlliyindən uduzan da ləzzət alır.
Amma qeyd etməliyəm ki, komandamız çox gözəl futbol oynadı. Roman Qriqorçuk elə bir komanda yaradıb ki, gələn il onlar sözlərini deyəcəklər. “Qəbələ” ruhdan düşməməlidir”.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu