Mourinyo cəzalandırıldı

Mourinyo cəzalandırıldı
XƏBƏR 3 Noyabr 2016 / 14:21 3263
-  A +

İngiltərə Futbol Federasiyasının İntizam Komitəsi "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna portuqaliyalı mütəxəssisin  İngiltərə Premyer Liqasında "Liverpul"la oyundan sonra hakimi tənqid etməsi və "Bernli" ilə görüş zamanı hakimə sərt etirazını bildirməsi səbəb olub.

Bu hərəkətlərinə görə J.Mourinyo 1 oyunluq cəzalandırılıb. Bundan başqa, o,  50 min funt sterlinq məbləğində cərimələnib.

Beləliklə, J.Mourinyo "Suonsi"yə qarşı ölkə çempionatının 11-ci turunda keçiriləcək matçı tribunadan izləməli olacaq.

Daha çox


Son xəbərlər
topaz banner