“Qəbələ” bu gün Avropa Liqasının qrup mərhələsinin IV turunda Fransanın “Sent-Etyen” klubunu qəbul edəcək.
Komandanın yarımmüdafiəçisi Asif Məmmədov oyun öncəsi Qol.az-ın suallarını cavablandırıb.
- Bugünkü qarşılaşma haqda nə düşünürsən?
- Bu gün güclü bir komandaya qarşı oynayacağıq. “Sent-Etyen”lə ilk oyundan sonra baş məşqçimiz müəyyən çatışmazlıqları bizə başa saldı. Ancaq qələbə qazanmaq üçün meydana çıxacağıq.
- İlk görüşdə bu komandaya uduzdunuz. Həmin oyundan hansı nəticələri çıxardınız?
- Səfər oyununda gördük ki, “Sent-Etyen”ə qalib gəlmək olar. Fransada da pis oynamadıq. Güclü rəqibə qarşı inamlı mübarizə apardıq. Təəssüf ki, bəxtsizlikdən öz qapımıza qol vurub uduzuduq. Düzdür, rəqib adılı-sanlı komandadır, ancaq xal götürmək olar.
- Komandanız Fransaya ciddi itkilərlə yollanmışdı. Zədəlilərin sıraya dönməsi komandada inamı artırıb?
- Bəli, həmin oyunda bir neçə aparıcı futbolçumuz zədəli idi. İndi onlardan bəzisi sıraya dönüb. Bunun da köməyi olmalıdır. Hər şeyin yaxşı olacağına inanırıq. Komanda nikbindir.
- Bugünkü matçı “Qəbələ” üçün həlledici mübarizə saymaq olarmı?
- Bəlkə də belədir. Ancaq biz bu cür yanaşmırıq. Sərbəst olacağıq. Həmişəki kimi baxımlı oyun göstərmək və ən əsası nəticə qazanmaq istəyirik.
- Komandanızın qrupda keçirdiyi hər üç oyunda məğlub olub. Bu uğursuz çıxışı nə ilə əlaqələndirmək olar?
- Rəqiblərimiz çox güclüdür. Deməzdim ki, bu il zəifik. Əksinə, daha güclü rəqiblərlə mübarizə apardığımız üçün daha çox güc sərf edirik. Məğlub olduğumuz üç oyuna nəzər salanda da görünür ki, pis oynamamışıq. “Maynts”ı məğlub edə bilərdik, Fransada bəxtsizliklə üzləşdik. Bunun əsas səbəblərindən də biri Avroliqa təcrübəmizin az olmasıdır. Getdikcə düzələcək. Birdən-birə komandadan hər şey tələb etmək də düzgün deyil. Bu gün biz qrup mərhələsindəyiksə, bunun özü böyük uğurdur. Çünki artıq “Qəbələ”ni də Avropada tanıyırlar.
- Əslində rəqiblər “Qəbələ”dən çox da uzaqlaşmayıb. Hər birinin 5 xalı var. Qrupdan çıxmaq mümkünsüz deyil.
- Biz ümidimizi üzməmişik. Hələ də qrupdan çıxmaq haqda fikirləşirik. Nə qədər çətin görünsə də, bizim əsas məqsədimiz budur. Nə qədər ki, şansımız var, bunun uğrunda mübarizə aparacağıq.
Ramiq AĞAMƏMMƏDOV
"Barselona" ilə matçın bilet satışı dayandırıldı
La Liqa klubu ev oyununu başqa stadionda keçirə bilər
"Barselona"nın futbolçusu Premyer Liqaya yollanır
Bezos "Liverpul"un səhmlərini almağa hazırlaşır
"Sabah"ın "Orhus"la oyunöncəsi son məşqindən - Şəkillər
Baş məşqçi rəhbərlikdən narazıdır
"Kəpəz" onu geri qaytardı
"Fasilə bizə çox yaxşı təsir etdi" - "Orhus"un baş məşqçisi
"Mənim heç vaxt istirahətə ehtiyacım yoxdur"
“Qəbələ” braziliyalı müdafiəçi transfer etdi
"Bu matça daha yaxşı hazırlaşmışıq" - "Sabah"ın futbolçusu
AFFA rəsmisi Tbilisidə stadionu qiymətləndirdi
"Barselona"da itki
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Mançester Siti" futbolçusunu icarəyə verdi
"Sabah"dan ayrılan futbolçu "Araz-Naxçıvan"da
“Barselona” Torres üçün 65 milyon avro istəyir
"Mənim üçün İnfantino dövrü çoxdan geridə qalıb"
"Liverpul"la razılaşdı
"Neftçi"nin hücumçusu "Araz-Naxçıvan"da
Misli Premyer Liqasında 1-ci tur - Nə vaxt və harada?
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
“Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirildi
Tanınmış futbolçu "Boka Xuniors"da
Mourinyo "Mançester Yunayted"ə niyə "yox" deyib?
Azərbaycandan Hindistana üz tutdu - Rəsmi
İki boksçumuz qızıl medal qazandı
"Sabah"ın rəqibi Bakıya gəldi - Video
Levandovski əfsanələr siyahısında
"İmişli"dən ayrılan qapıçı bu klubda oynayacaq
PSJ-yə qayıtdı
Messinin kədər günü - Şəkillər
Messi Argentina mediasını məhkəməyə verəcək
Kostyuk: “Qarabağ’ yaxşı müdafiə olunur”
Toral Bayramov "Bursaspor"da ilk rəsmi oyununa çıxdı
"Borussiya" "Arsenal"a qalib gəldi
Cəlal Hüseynovun komandası qalib gəldi
17 illik "Çelsi" karyerası başa çatdı
Azarkeşlər Superkubok matçını boykot edəcək
"Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
"Barselona"nı tərk edə bilər
"Qarabağ" cavab matçına hazırlaşır - Şəkillər
"Çempionata hazır deyilik, narahatam"