Messidən növbəti rekord

Messidən növbəti rekord
XƏBƏR 2 Noyabr 2016 / 14:41 4510
-  A +

“Barselona”nın futbolçusu Lionel Messi növbəti rekorda imza atıb.

Qol.az-ın məlumatına görə, argentinalı hücumçunun rekordu  Çempionlar Liqasının qrup mərhələsində “Mançester Siti” ilə səfər oyununda qeydə alınıb.

Oyunda hesabı açan Messi ÇL-in qrup mərhələlərindəki qol sayını 54-ə çatdırıb. O, bununla Raul Qonzalesin rekordunu (53 qol) yeniləyib.

Qeyd edək ki, Messi cari mövsüm ÇL-da qol sayını 7-ə çatdırıb.

Daha çox


Son xəbərlər
topaz banner