DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olan Almaniya yığmasına yeni məşqçi cəlb olunub.
Qol.az-ın "Bild"ə istinadən yaydığı xəbərə görə, yığmanın sabiq hücumçusu Miroslav Kloze baş məşqçi Yoahim Lövlə birgə çalışacaq.
Lakin 38 yaşlı futbolçunun məşqçilik lisenziyası olmadığı üçün onunla rəsmi müqavilə imzalanmayıb. O, hələlik Lövün yanında təcrübə toplayacaq.
Qeyd edək ki, son klubu "Latsio" olan Kloze Almaniya yığmasının heyətində 137 oyuna 71 qol vurub. O, dünya çempionatının final mərhələlərində ən çox qol vuran futbolçudur (16 qol).
Niderland da 100-ü keçdi
“Zirə”dən yeni transfer
Çalhanoğlu üzr istədi
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video