"Qarabağ" bu gün gedir

"Qarabağ" bu gün gedir
XƏBƏR 1 Noyabr 2016 / 13:37 3398
-  A +

Avropa Liqasının qrup mərhələsinin IV turunda PAOK-la qarşılaşacaq “Qarabağ” bu gün Yunanıstana yola düşəcək.

Bu haqda Qol.az-a klubun mətbuat xidmətindən məlumat verilib. Komanda saat 19:00-da çarter reysi ilə Salonikiyə yola düşəcək.

Baş məşqçi Qurban Qurbanov sabah yerli vaxtla saat 19:00-da jurnalistlərin suallarını cavablandıracaq.

Bundan yarım saat sonra isə komanda qarşılaşmanın keçiriləcəyi stadionda məşq edəcək.

Xatırladaq ki, noyabrın 3-də  keçiriləcək. PAOK – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

Son xəbərlər
topaz banner